Qəbula yazılmaq
Estetik stomatologiya dişlərinizlə əsl möcüzələr yaradır
Diş Plomblar
Kompozit vinirlər
Keramik vinirlər
Metal-keramik qapaqlar
Tam keramik qapaqlar
İmplant üstü qapaqlar
Sementlənmiş qapaqlar
Vida fiksasiyalı qapaqlar

Kompozit Plomblar

Dişlərin bərpası və ya dişlərin plomblanması-kariyes və ya xarici travma nəticəsində dişin mövcud olmayan strukturunun funksiyasının, bütövlüyünün və morfologiyasının bərpasına yönəldilmiş müalicədir. Klinikamızda yalnız ən müasir avadanlıq və materiallardan istifadə olunur, buna görə siz həmişə yüksək keyfiyyətli stomatoloji yardım alacağınıza əmin ola bilərsiniz.

Kompozit vinirlər
Vinir dişlərin zahiri görünüşünün yaxşılaşdırılması məqsədilə təbəssümdə görünən dişlərin ön səthinə vurulmuş üzlükdir. Kompozit qatran əsaslı polimer materialdır, hansı ki, bilavasitə dişin səthinə ağız boşluğunda vurulur və bərkidilir.
Keramik vinirlər
Farfor vinirləri incə, laboratoriyada hazırlanmış laminatlardır, hansılar ki, sizin dişlərinizə daim sementlənir. Onlar məsafələrin bağlanması, rəngin bərpası, patoloji sürtülmüş səthlərin və sınmış kənarların bərpası, və diş sırasındaki əyriliklərin düzəldilməsi üçün istifadə edilə bilər. Vinirlər əsasən dişin görünən ön hissəsini əhatə edir.
Metal-keramik qapaqlar
Yüksək çeynəmə funksiyası olan sahələr üçün uyğundur (arxa dişlər). Keramika metal dayağı tamamilə əhatə edir və yan dişlərin təbii rənginə uyğun olaraq seçilir.
Tam keramik qapaqlar
Daha estetik və bioloji "təhlükəsiz", metal olmadan bərpa tələbi olduğu hallarda istifadə olunur. Onlar metal dəstək olmadan, işıq keçirməsi yüksək olan keramik materialdan hazırlandığı üçün çox təbii görünüş təmin edirlər.
İmplant üstü qapaqlar
İmplant üstü qapaqların iki novü vardır.
Sementlənmiş qapaqlar
Metodun seçilməsi adətən həkim-stomatoloqun göstərişinə əsaslanır.
Vida fiksasiyalı qapaqlar
Ədəbiyyatda göstərilir ki, vida ilə fiksasiya olunan qapaqları əhatə edən yumşaq toxumalar daha sağlam olur, buna səbəb artıq sement qalıqlarının olmamasıdır.
İndi Randevu üçün qeydiyyatdan keçin və biz sizin üçün rahat bir klinika və uyğun bir həkim tapacağıq.
Qəbula indi yazılın